Müdafiə nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, qəbul iki mərhələdə aparılacaq.
Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanını verməlidir.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidir.
Qəbul qaydaları ilə bağlı daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !