XXI əsrin ən yaxşı rəmzi komandası və baş məşqçisi

17:40 | 02.12.2013
XXI əsrin ən yaxşı rəmzi komandası və baş məşqçisi

XXI əsrin ən yaxşı rəmzi komandası və baş məşqçisi

Dünyaca məşhur GMF internet saytı futbol üzrə XXI əsrin rəzmi komandasını müəyyənləşdirib.Qol.Az-ın məlumatına görə, siyahıda ilk "11"liklə yanaşı, ehtiyat oyunçular və baş məşqçinin də adı qeyd olunub.Dünyanın ən yaxşıları sırasında daha çox İspaniya və Braziliyanın futbolçuları təmsil olunub. Hər iki ölkədən 3 futbolçu siyahıda yer alıb. İtaliyadan iki, Fransa və Portuqaliyadan isə hərəyə bir futbolçu ən yaxşılar sırasına düşməyi bacarıb.Qeyd edək ki, XXI əsrin ən yaxşı baş məşqçisi kimi 1986-2013-cü illərdə "Mançester Yunayted" klubunu çalışdırmış Ser Aleks Fergüsson vurğulanıb. Dünyanın rəmzi komandası 4-2-3-1 taktikasına uyğun hazırlanıb:Qapıçı: İker Kasilyas (İspaniya)Müdafiəçilər: Kafu (Braziliya), Fabio Kannavaro (İtaliya), Karles Puyol (İspaniya), Paulo Maldini (İtaliya)Yarımmüdafiəçilər: Xavi Hernandez (İspaniya), Zinəddin Zidan (Fransa), Ronaldinyo (Braziliya), Lionel Messi (Argentina), Kriştiano Ronaldo (Portuqaliya)Hücumçu: Ronaldo (Braziliya)Ehtiyat oyunçular: Canluici Buffon (İtaliya), Xavyer Zannetti (Argentina), Con Terri (İngiltərə), Andrea Pirlo (İtaliya), Pol Skoulz (İngiltərə) Tyeri Anri (Fransa), Alan Şirer (İngiltərə)Baş məşqçi: Ser Aleks Fergüssson (Şotlandiya)ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM