Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

14:20 | 15.05.2017
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Mayın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

anews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, axşam yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim  şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 12-14° isti, gündüz 18-21° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.

Mayın 15-i axşamdan 16-sı səhərədək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir. 

Mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM