Yağışdan sonra qəzalı vəziyyətə düşən məktəblərlə bağlı - Açıqlama

14:44 | 02.11.2024
Yağışdan sonra qəzalı vəziyyətə düşən məktəblərlə bağlı - Açıqlama

Yağışdan sonra qəzalı vəziyyətə düşən məktəblərlə bağlı - Açıqlama

Ötən ay paytaxta yağan intensiv yağışlar nəticəsində Xətai rayonundakı 269, Mərdəkan qəsəbəsində isə 123 saylı orta məktəbin hasarı uçduğu üçün tədris prosesi müvəqqəti dayandırılmışdı. 

"Qafqazinfo”nun məlumatına görə, hadisədən bir neçə gün keçsə də, sözügedən məktəblərdə hələ də bərpa işlərinin aparılmadığı barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, 19-22 oktyabr tarixlərində yağan intensiv yağışlar səbəbindən təhsil müəssisələrində yaranmış fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür:

"O cümlədən 123 nömrəli tam orta məktəbdə hasarın bərpa işləri həyata keçirilir. 269 nömrəli tam orta məktəbin həyətyanı divarının bərpası üçün hazırlıq və planlama işləri yekunlaşdırılaraq bu gün hasarın inşasına başlanacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM