Yalançı internet trafikin müştərilərə sırınmasının səbəbləri - AÇIQLAMA

18:54 | 04.04.2014
Yalançı internet trafikin müştərilərə sırınmasının səbəbləri - AÇIQLAMA

Yalançı internet trafikin müştərilərə sırınmasının səbəbləri - AÇIQLAMA

Kosmosa peyk buraxılandan sonra hər kəs sevindi ki, ölkədə internetin keyfiyyəti və qiymətində ciddi dəyişiklik olacaq. Ancaq  apardığımız sorğuya əsasən aktiv internet istifadəçilərinin əksəriyyəti ödənilən pula görə təqdim edilən internet keyfiyyətindən narazıdır. Bundan başqa onlar təklif olunan paketə görə aldadıldıqlarını, olduğundan daha az sürət verildiyini iddia edirlər.ANN.Az olaraq mövzu ilə bağlı olaraq İnternet Forumun prezidenti Osman Gündüzlə danışdıq.O.Gündüz açıqlamasında mövcud halı nazirliyin dövlət provayderlərinə gücü çatmaması ilə izah edib: “Nazirliyin başı qarışıb “yüksək texnologiyalara” və yeni adına uyğun sənədlərin hazırlanmasına. İnternet istifadəçilərin “köhnə texnologiyalar”la “çəkidə aldadılması” və “yalançı trafikin” müştərilərə baha qiymətə satılması davam edir. Hətta bir aprel tarixindən internet qiymətlərinin endirimi gözlənilirdi. Görünür zarafat imiş. Deyəsən köhnə adla olan Nazirliyin - RİTN-nin yenə də dövlət provayderlərinə gücü çatmadı ki, internet qiymətlərini endirsin”. O, bunu provayderin aylıq gəlirinin milyonlarla ölçülməsi və bundan imtina etmək istəməməsində axtarmağı lazım bilib: “Güman ki, adi bir dövlət provayderinin aylıq gəlirinin milyonlarla ölçülməsi buna imkan vermədi. Digər İSP-lərə də bu situasiya çox sərf edir. Həm də axı problemi həll etməli olan dövlət qurumunun burada öz kommersiya maraqaları var. Əlbəttə hər ötən ay milyonlar deməkdir. Kim asanlıqla əl çəkmək istəyər ki?! Gözəl biznesdir: yüz minlərlə insanı "çəkidə aldadaraq", əslində faktiki mövcud olmayan "heç nə"-nin biznesi. Özü də qonşu ölkələrlə müqayisədə hədsiz baha qiymətə”. O.Gündüz Azərbaycanda çox məsələnin yuxarıdan təpki ilə həll olunduğuna işarə vurub: “Gərək mütləq yuxarıdan təpki olsun ki, bu cür kütləvi fırıldağın üstü açılsın. Gərək mütləq yuxarıdan kimsə desin ki, nə üçün Gürcüstan interneti bizdən alıb su qiymətinə öz vətəndaşlarına sata bilir, amma bizdə ondan bahadır?”SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM