Yalçın Rzazadə əməliyyat olundu - Son durumu

13:34 | 19.07.2019
Yalçın Rzazadə əməliyyat olundu - Son durumu

Yalçın Rzazadə əməliyyat olundu - Son durumu

Xalq artisti, müğənni Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.


Anews.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu Orxan Rzazadə məlumat verib.


O bildirib ki, atası dünən axşam saatlarında əməliyyat olunub: "Əməliyyat yaxşı keçib, səhhəti stabildir, lakin kritikliyini qoruyur”.


Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə bağlı xəstəxanaya yerləşdirilib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib.


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb