Sosioloq Nail Niftəliyev: "Çox maraqlı və mürəkkəb məsələdir. Bu mənəvi əxlaqi dəyərlərin əhəmiyyətli dərəcədə kənar təsirlərə məruz qalması ilə bağlıdır. Bir tərəfdən gendər bərabərliyinin ailə daxinində, uşaq və böyüklərin hüquqlarının qorunmasından çox danışılır. Digər tərəfdən isə bu tendesiyalar düzgün başa düşülmür. Nəticədə ənənəvi valideyn övlad münasibtlərinin pozulmasına gətirib çıxarır. Səbəbləri kifayət qədər mürəkkəbdir. Bu səbəblərin kökündə informasiya amili dayanır. Necə deyərlər hər kəs özünü bu gün haqlı hesab edir. Çox vaxt biz insanların hüququnu müdafiə edərkən vəzifəsini anlatmağı unuduruq. Həm internet təsiri , həm kənar təsirlər ünsiyyətin ənənəvi modellərinin dəyişməsi belə bir zidiyyətlər yaradır. Bu məsələlərin bir kökündə hadisənin ictimailəşməsi durur. Son dövrlər KİV-in əhəmiyyəti bu cür məsələrin ictimailəşməsinə bilavasitə əlaqəlidir. İnsanlar bu cür yerlərdən məlumatlanırlar. 20-30 il bundan qabaq hər hansı bir kənddə baş verən hadisə qapalı qalırdısa indi bu hadisə hətta respublika resurslarından kənara çıxır. Bu da insanların şüuruna ciddi şəkildə təsir göstərir. Bu məsələdə ictimai qınağın da önəçli rolu var. Bəzən nəticə ilə mübarizə aparırıq və səbəb yaddan çıxır. Bu gün bir çox ailələrdə xeyli münaqişələr var. Bu gün sosiallaşma ilə a sosiallaşma (əks istiqamətdə olma) bir-birinə qarşı dayanır. Ailədən kənar amillər insana daha ço təsir göstərir. Bu cür halların azalması üçün cəmiyyət sosial işlər aparmalıdır. Daha doğrusu nəyi, necə etmək lazımdır? Burada təkcə jurnalistlər deyil, sosioloqlar, psixoloqlar, mütəxəssislər birgə toplum şəklində iş aparmalıdır. Və bu da qapalı şəkildə müzakirə olunmalıdır. Bir sözlə hər kəs bilməlidir ki, bu cür məlumatları bu qədər açıq şəkildə yaymaq olmaz”.
Dini ekspert Elşad Miri: "Təəssüflər olsun ki,
bu gün ailə daxili zorakarlıqlar səbəblərindən biri din anlayışının doğru şəkildə
yayılmamasıdır. Bu gün yalnış Quran tərcümələrində qadının döyülməsinə icazə
verilir. Bununla bağlı insanlara kifayət qədər rəvayətlər çatdırılır. Bunun nəticəsində
kişilər özlərində haqq görür və bu cür hadisələr baş verir. Əslində isə bunun
heç bir əsası yoxdur. Azərbaycan dilində bütün quran ayələrində insan sürəsinin
34-cü ayəsində qadınların döyülməsi ilə
bağlı konkret bir ayəni o cür təqdim edib insanalara səhv formada təqdim edirlər.
Bundan başqa qadınların üzərində kişilərin hakimiyyətini əsas gətirən səhv tərcümələr
var. Buna görə də kişilər özlərini hər bir şeydə haqlı görür. Və bütün bu hadisələr
buna görə çoxalır. Bir məsələ də odur ki, əgər bir insanın içində döymək
anlayışı varsa və bunu dində də olduğunu bilirsə bu zaman özünə haqq qazandırıb
savab bir iş gördüyünü düşünərək belə bir hadisə törədir. Əgər qadına qarşı əl
qaldırılırsa dində tənzil deyilən cəza
var. Və bu cəza araşdırılır ki, nəyə görə qadına əl qaldırılıb, hansı formada
olub. Özünü müdafiə varmı yoxmu, ona görə kişiyə həmin dövrün hökmlərinə uyğun
cəza verilir”.
Kriminoloq kimi hesab edirəm ki, bu hadisələrin qarşının alınması üçün kifayət qədər imkan var və cəmiyyətdə kifayət qədər maarifləndirmə tədbirlərinə əl atmaq lazımdır. Bunun üçün ən vacib savadlı olmaq, oxumaq vacibdir. Bəzən elə olur ki, savadlı adamlar belə hallar törədir. İctimai yerdə özünü elə ağıllı göstərir, amma evində ailəsinə qarşı zorakılıöa yol verirlər. Bu cür halların qarşını almaq üçün dövlət planı hazırlanmalıdır”.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !