Milli Məclis deputatları bundan sonra qanun layihələrini üç gün öncədən "Gündəlik" adlı mobil tətbiqdən əldə edə biləcək. Bu barədə spiker Sahibə Qafarofa məlumat verib.
"Milli Məclisin öz hesabına "Gündəlik" adlı mobil tətbiq istifdəyə verilib. Tətbiqdən artıq 65 deputat istifadə edir. Tətbiqin yüklənməsi vasitəsilə deputatlar 3 gün öncədən qanun layihələri ilə tanış ola biləcək", - o bildirib.
Tətbiq yalnız deputatların istifadəsi üçün nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !