Azərbaycanda “Facebook”da tənqidi statuslarına görə həbs olunduğu iddia olunan gənc fəala hökm oxunub. Bu barədə “Qafqazinfo”ya Əbdül Əbilovun yaxınları məlumat verib. Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Qeyd edək ki, Əbdül Əbilov narkotik alverində ittiham olunur. Ailəsi isə onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir.Xatırladaq ki, Əbdül Əbilov Facebookda “Yaltaqlara dur deyək” səhifəsinin admini olub. Həbs olunandan sonra həmin səhifə bağlanılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !