• $ 1.7
  • € 1.9725
  • ₽ 0.021027
  • ₺ 0.0402
  • £ 2.2358

Yanacaqdoldurma məntəqələrinə XƏBƏRDARLIQ

Yanacaqdoldurma məntəqələrinə XƏBƏRDARLIQ
28.01.2021 16:53
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinə dair müraciət yayıb.

Anews.az-a daxil olan müraciətdə bildirilir ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün obyekt rəhbərləri və işçi heyəti ilə mütəmadi görüşlər keçirir, onları yanğın təhlükəsizliyi sahəsində maarifləndirir, aidiyyəti şəxslər tərəfindən təlimatlandırma tədbirlərinin vaxtaşırı həyata keçirilməsinin zəruriliyini onların nəzərinə çatdırır.

"Yanacaqdoldurma məntəqələrində olarkən bəsit, amma həyat və sağlamlığımız üçün ciddi əhəmiyyət kəsb edən aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:

– avtomobillər istisna olmaqla, motosikletlər yanacaqpaylama kolonkasına mühərriki söndürülmüş vəziyyətdə yaxınlaşmalı, onların mühərrikinin söndürülməsi və işə salınması kolonkalardan 15 metrdən az olmayan məsafədə icra edilməlidir;

– baş verə biləcək fövqəladə hadisə zamanı hər bir nəqliyyat vasitəsi üçün yanacaqdoldurma məntəqəsinin ərazisindən manevr etmə və çıxma imkanı təmin edilməli, bunun üçün yol səthinə xüsusi işarələr və ya digər göstərici nişanlar yerləşdirilməli, yanacaqpaylama kolonkasına yaxınlaşmaq üçün növbədə dayanan avtomobillərarası məsafəyə (1 metrdən az olmayaraq) riayət edilməlidir;

– mühərriki işə salınmazdan əvvəl avtomobillərin, motosikl və skuterlərin neft məhsulları ilə çirklənmiş hissələri silinməlidir;

– yerə tökülən neft məhsulları qumla örtülməli, hopdurulmuş qum və yağlanmış təmizləyici materiallar qığılcım əmələ gəlmə təhlükəsini istisna edən, qapaqları kip bağlanan metal qutulara toplanmalı və iş gününün sonunda məntəqənin ərazisindən çıxarılmalıdır.

Yanacaqdoldurma məntəqələrinin ərazisində qadağandır:

– açıq oddan istifadə edilməsi;

– nəqliyyat vasitələrinin mühərriki işlək vəziyyətdə olarkən yanacaqla doldurulması;

– tufan və ya atmosfer boşalmaları ehtimal olunduqda yanacağın rezervuarlara boşaldılması və istehlakçıların nəqliyyat vasitələrinin çənlərinin doldurulması;

– yanacaqla çirklənmiş və qığılcıma səbəb ola biləcək geyim və ayaqqabılarda iş görülməsi;

– sərnişinlərin olduğu avtobus, yük və ya digər xüsusi texnikanın yanacaqla doldurulması;

– partlayıcı maddələr, sıxılmış və mayeləşdirilmiş yanacaq qazları, yana bilən mayelər və materiallar, zəhərli və radioaktiv maddələr yüklənmiş nəqliyyat vasitələrinin yanacaqla doldurulması;

– qığılcımsöndürənlə təchiz olunmayan traktorların məntəqənin ərazisinə daxil olması”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda ət istehsalı 20% azalıb
Cəmiyyət 12:47
Azərbaycanda ət istehsalı 20% azalıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:15
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda altı şirkət və üç sahibkar haqsız rəqabətə görə cərimələnib
Cəmiyyət 12:07
Azərbaycanda altı şirkət və üç sahibkar haqsız rəqabətə görə cərimələnib
Doqquz ayda bağlanan və açılan iş yerlərin sayı nə qədər olub?
Cəmiyyət 11:45
Doqquz ayda bağlanan və açılan iş yerlərin sayı nə qədər olub?
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilməyib
Cəmiyyət 11:22
Bəxtiyar Hacıyevin kassasiya şikayəti təmin edilməyib
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
Cəmiyyət 11:21
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
İş icazəsi olan əcnəbilərin sayı 6,6 min nəfərə çatıb
Cəmiyyət 11:11
İş icazəsi olan əcnəbilərin sayı 6,6 min nəfərə çatıb
Masazır və Qobu qəsəbələri 1 saat işıqsız qalacaq
Cəmiyyət 11:03
Masazır və Qobu qəsəbələri 1 saat işıqsız qalacaq
Azərbaycanda qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi artıb
Cəmiyyət 10:44
Azərbaycanda qeyri-dövlət sektorunun pərakəndə ticarət dövriyyəsi artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol