Yanan avtomobillərin sahiblərinə də pul veriləcək

11:18 | 22.05.2015
Yanan avtomobillərin sahiblərinə də pul veriləcək

Yanan avtomobillərin sahiblərinə də pul veriləcək

Yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının bərpası üçün layihə hazırlanıb, on gün ərzində təqdim ediləcək.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifov deyib.
 
Yanğın zamanı xəsarət alanların vəziyyətinin yaxşılaşdığını bildirən A.Şərifov deyib ki, xəstəxanalarda 12 nəfər qalıb: "Onların sağlıq durumu Səhiyyə Nazirliyi və Dövlət Komissiyasının tam nəzarəti altındadır. Son məlumata görə onların hamısı tezliklə xəstəxanadan buraxılacaq".
 
Baş nazirin müavini onu da qeyd edib ki, yanğın zamanı ziyan dəymiş avtomobillərin sahiblərinə kompensasiya ödənilməsi nəzərdə tutulur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM