Yanan binada yaralananlar sabah evə buraxıla bilər

11:28 | 25.05.2015
Yanan binada yaralananlar sabah evə buraxıla bilər

Yanan binada yaralananlar sabah evə buraxıla bilər

May ayının 19-da Binəqədi rayonunda yanan binada xəsarət alanlardan 10 nəfərin xəstəxanada müalicəsi davam edir. 

Bu barədə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti orta-ağırdır.

"Zəhərlənənlərin səhhətində ağırlaşma olmayıb. Hazırda müalicələri davam edir.Bu gün konsilium keçirəcəyik. Ola bilsin ki, sabah xəstələr evə buraxılsınlar”, - deyə Azər Maqsudov bildirib.

Qeyd edək ki, may ayının 19-da Binəqədi rayonunda binanın yanması nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Onlardan 35 nəfəri zəhərlənmə diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan 2 nəfər isə 5 saylı şəhər xəstəxanasına yerləşdirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM