Avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən 114 ailənin yaşadığı beşmərtəbəli tələbə yataqxanansının üçüncü mərtəbəsində elektrik şəbəkəsində yaranmış qısaqapanmadan sonra yanğın hadisəsi baş verib. Nəticədə 100 kvadratmetr sahə əşyaları ilə birlikdə yanıb.
Yanğın nəticəsində evsiz qalan 22 məcburi köçkün ailəsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çadırlar quraşdırılıb.
Uzun müddət davam edən istilərdən sonra havaların nisbətən sərin və küləkli keçməsi, şəraitsizlik (hamam- tualetin olmaması) vətəndaşları narahat edir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eyvaz Qocayev Publika.az-a bildirib ki, yanğının baş verdiyi yataqxananın 3-cü mərtəbəsində əsaslı təmir işləri gedir:
"Hazırda təmir işləri sürətlə davam edir. Amma bu müvəqqəti olaraq istifadə olunacaq. Çünki, bildiyiniz kimi Sumqayıtda Şəhər İcra Hakimiyyəti tərəfindən 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə tikinti işləri fasiləsiz olaraq davam etdirilir. İlin sonuna qədər həmin sakinlərin yeni binalara köçürürlməsi nəzərdə tutlub. Yanğın əsəsan ümumi dəhlizə ciddi ziyan vurub. Yəqin ki, komissiya yaradılacaq və ailələrə dəyəm maddi ziyanın ödənilməsi ilə bağlı tədbirlər görüləcək".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !