Yandırılan pilota görə kraliça Raniaya etiraz etdilər - FOTOLAR

17:17 | 06.02.2015
Yandırılan pilota görə kraliça Raniaya etiraz etdilər - FOTOLAR

Yandırılan pilota görə kraliça Raniaya etiraz etdilər - FOTOLAR

İŞİD-in diri-diri yandıraraq qətlə yetirdiyi iordaniyalı pilotun xanımı Muaz Safi əl-Kesasebenin ölüm xəbərini "Facebook"dan öyrəndiyini deyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Ənvər əl Tavarneh "İndependent"ə açıqlama verib. O, həyat yoldaşının əsir düşdüyü gün nələrinsə tərs getdiyini bildirib: "Uçuşa az qalmış mənə zəng etdi ki, hava dumanlıdır, kaş uçuşu dayandıraydılar. O, həmin gün uçmaq istəmədiyini dedi. Mən ilk dəfə idi ki, ondan belə bir cümlə eşidirdim. O, pis hadisənin baş verəcəyini əvvəlcədən hiss etmişdi".

"İndependent"in yazdığına görə, iordaniya kraliçası Rania ailəyə başsağlığına gəlib, amma pilotun qohumları onun bu gəlişindən narazılıq ifadə ediblər: "Onu ora siz göndərdiniz, indi də baş sağlığınamı gəlmisiniz?"

Qeyd edək ki, iordaniyalı pilotun ölüm xəbəri çıxandan sonra vəziyyəti pisləşən ana da vəfat edib.

ANN.Az
 
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb