“Yanğında xəsarət alanlar Nabranda dincələ bilərlər” - Mehbalıyev

21:12 | 23.05.2015
“Yanğında xəsarət alanlar Nabranda dincələ bilərlər” - Mehbalıyev

“Yanğında xəsarət alanlar Nabranda dincələ bilərlər” - Mehbalıyev

"Bakının Binəqədi rayonunda baş verən yanğında xəsarət almış şəxslərin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Nabrandakı 288 nəfərlik istirahət mərkəzində pulsuz istirahəti təmin olunacaq”. 

Bunu a24.az-a AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, Bakıda onaltımərtəbəli binada baş verən yanğında xəsarət alan şəxslər Konfederasiyaya müraciət etməklə bu imkandan yararlana bilərlər: "Bununla yanaşı, bina sakinləri evləri təmir olunanadək Bakıda yerləşən sanatoriyalarımızda da qala bilərlər. Bunun üçün onlara hər bir şərait yaradılacaq”.

Qeyd edək ki, Səttar Mehbalıyev bu gün yanan binaya gəlib, başsağlığı verib və xəsarət alanlara səbr diləyib.

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda 16 mərtəbəli binada yanğın olub. Nəticədə 15 nəfər həlak olub, 60-dan çox insan xəsarət alıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM