Yanğında xəsarət alanların ağ ciyərində bərkimə yaranıb

12:12 | 23.05.2015
Yanğında xəsarət alanların ağ ciyərində bərkimə yaranıb

Yanğında xəsarət alanların ağ ciyərində bərkimə yaranıb

Toksikologiya şöbəsində müalicə olunanların səhhəti orta ağırdır

"Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsində müalicə olunanların səhhəti orta ağırdır".

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. 

O bildirib ki, zəhərlənmə hadisəsi olduğu üçün xəsarət alanların ağ ciyərində bərkimə olub. Bununla yanaşı, yanğın zamanı karbon qazı xəsarət alanların bronxlarına zərər vurub. 

Şöbə müdiri əlavə edib ki, hazırda xəsarət alanların müalicəsi davam etdirilir: "Xəsarət alanların səhhətindəki fəsadları aradan qaldırmaq üçün maksimum səviyyədə çalışırıq. Xəstəxanada müalicə olunmuş şəxslər sonradan da həkim nəzarətində saxlanılacaq. Onların səhhətində sonradan yarana biləcək fəsadlarln qarşısını ala bilmək üçün müalicələri mütəmadi olaraq davam etdiriləcək", - deyə Azər Maqsudov söyləyib.

Qeyd edək ki, Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək buraxılıb.

Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə xəstəxanada vəfat edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM