Yanlış göndərilən koronavirus testlərinin cavabları ilə bağlı RƏSMİ AÇIQLAMA

11:28 | 27.07.2020
Yanlış göndərilən koronavirus testlərinin cavabları ilə bağlı RƏSMİ AÇIQLAMA

Yanlış göndərilən koronavirus testlərinin cavabları ilə bağlı RƏSMİ AÇIQLAMA

"25 və 26 iyul tarixlərində its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən yanlış SMS-lərin ümumi statistikaya təsiri yoxdur”.

Anews.az xəbər verir ki, bu barədə Unikal.org-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildirilib. Qeyd olunub ki, yanlışlıq yalnız SMS-lərdə baş verib: "SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədar olub. Bu gündən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə və "E-təbib” proqramında hər şey doğrudur. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Qeyd edilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus testinin nəticələri ilə bağlı iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən yanlışlığa yol verilməsi barədə açıqlamasından sonra bu yanlışlığın ümumi statistikaya təsiri haqqında da iddialar yayılmışdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb