Bu yaxınlarda məlum olub ki, Yanukoviçin “ailəsi” adlandırılan dəstə cinayətkar yollarla 9 milyard dollardan çox pul mənimsəyib və diktatorun devrilməsinə baxmayaraq, böyük miqdarda pul kütləsi yenə həmin “ailə”nin cibinə axır.
Modern.az Ukrayna mətbuatına istinadən bildirir ki, Yanukoviç Mejiqoryadan qaçarkən onun formalaşdırılmış köçmə planı olub. Söylənilənlərə görə, o özü ilə 4 yük maşını nağd pul aparıb. İndiki hakimiyyətin bəyan etdiyi rəqəmlər hər kəsi heyrətləndirir. Maliyyə monitorinqini aparanlar bəyan ediblər ki, oğurlanan məbləğ 77,2 milyard qrivnadır. Ukraynanın Milli Bankı, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti 14 çirkli pul yuyan bank aşkarlayıblar ki, burada yuyulan pulun miqdarı 140 milyard qrivna olub. Ekspertlər isə iddia edirlər ki, Yanukoviçin “ailəsi”nin ukraynalılardan oğurladığı pulun məbləği rəsmi elan olunandan ən azı iki dəfə çoxdur. Məlumatda qeyd edilir ki, eks-prezidentin imperiyasının strukturu İtaliya mafiyasını xatırladır. Don-bu Viktor Yanukoviçdir. Silahlı dəstələrdən təşkil olunan güc və hüquq-mühafizə blokuna Viktor Pşonka, Aleksandr Yakimoenko və Viktor Zaxarçenko rəhbərlik ediblər. Öz adamı Nazirlər Kabinetinə rəhbərlik edib, bu Nikolay Azarov olub. Onun öz adamları yenə vacib nazirliklərə rəhbərlik ediblər-gəlir və xərclər, səhiyyə, eləcə də Prezident Administrasiyası, gömrük və vergi sahələri də onların ciddi nəzarətində olub. Ümumukrayna inkişaf bankı Aleksandr Yanukoviçə məxsus olub.
Yanukoviçin oğlu bu gün axtarışdadır. O, kömür sənayesi, tikinti və bank işləri ilə məşğul olub, MAKO adlı maliyyə-sənaye qrupu yaradıb. Bura 12 firma və 2 bank daxildir.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !