Yanukoviç aksiyalarda saxlanılanların əfv olunmasını təklif edir

19:24 | 13.12.2013
Yanukoviç aksiyalarda saxlanılanların əfv olunmasını təklif edir

Yanukoviç aksiyalarda saxlanılanların əfv olunmasını təklif edir

Ukrayna Prezidenti Viktor Yanukoviç Kiyevdə kütləvi aksiyalar zamanı saxlanılanlara qarşı amnistiya elan edilməsini təklif edir.

Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bu barədə V.Yanukoviç tələbə və gənclərin nümayəndələri ilə görüşündə deyib: "Mənim fikrim belədir ki, bu səhifəni bağlayıb amnistiya elan etmək lazımdır".

V.Yanukoviç qeyd edib ki, bu təkliflə "Ukraynanı birləşdirək!" adlı ümummilli "dəyirmi masa" zamanı çıxış edəcək: "Dəyirmi masa"da amnistiya elan edilməsini, həbs edilənlərin azadlığa buraxılmasını təklif edəcəyəm. Hətta bəziləri məhkum edilib. Onları buraxmaq və bununla da münaqişəni tamamlamaq lazımdır".

O, tələbə və gənclərin nümayəndələrini bu təklifi dəstəkləməyə çağırıb.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM