Yanukoviç haqqında axtarış elan edildi

13:50 | 24.02.2014
Yanukoviç haqqında axtarış elan edildi

Yanukoviç haqqında axtarış elan edildi

Ukraynanın xarici işlər nazirliyinin rəsmisi Arsen Avakov keçmiş prezident Viktor Yanukoviçin axtarışa verildiyini bildirib. ANN.Az-ın verdiyi xəbərə görə, Avakov bu barədə özünün "Facebook" hesabında məlumat verib. 

"Bu səhərə olan məlumat. Dinc vətəndaşların kütləvi qətlinə görə cinayət işi açılıb. Yanukoviç və digər rəsmi şəxslər barədə AXTARIŞ ELAN OLUNUB", - məlumatda bildirilir. 

Ukrayna Ali Radası Ukrayna prezidenti Viktor Yanukoviçin istefaya göndərilməsi barədə qərar çıxarmış və növbədənkənar prezident seçkilərinin 25 mayda keçirilməsi barədə qərar çıxarmışdı. 

Hazırda Viktor Yanukoviçin harda olması barədə dəqiq məlumat yoxdur. KİV-in ehtimalına görə, o, ya Xarkovda, ya da Sevastopoldadır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM