Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevi tərk edərək Xarkova gedib. ANS PRESS-in məlumatına görə, bundan əvvəl prezidentin təyyarəsinin Xarkova getməsi haqqında məlumat verilmişdi. ABŞ dövlət departamentində bildiriblər ki, burada qeyri-adi heç nə yoxdur. “Siz bilirsiniz ki, onun üçün bu qeyri-adi bir şey deyil. Bəzi siyasi əhəmiyyətli qərarların qəbul olunmasında sonra onun tərəfdarlarının çox olduğu şərqə getməsi qeyri-adi deyil”,- deyə dövlət departamenti nümayəndəsi bildirib. Xatırladaq ki, cümə günü Yanukoviç müxalifət liderləri ilə Ukraynada böhranı nizama salmaq haqqında razılaşma imzalayıb. Razılaşma qərarı əldə edilərkən ölkə prezidenti, müxalifət liderləri, AB və Rusiya nümayəndələri də tədbirdə iştirak edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !