Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç fevral ayının sonunda Rusiya hərbçilərinə əsir kimi təslim olub və onların nəzarəti altında Rusiyaya gedib.ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Dövlət Mühafizə Xidmətinin rəisi Valeri Qeletey açıqlama verib. “Aparılan istintaq zamanı məlum olub ki, Viktor Yanukoviç Ukraynada hökm sürən siyasi böhran zamanı Rusiyanın ordu qüvvələrinə təslim olub və onların nəzarəti altında Rusiya ərazisinə keçib”, - deyə Valeri Qaletey bildirib.Onun sözlərinə görə, hazırda Ukrayna baş prokurorluğunda Yanukoviçin ölkəni necə tərk etdiyi barədə istintaq işi davam edir.Qeyd edək ki, Ukraynada etiraz aksiyaları nəticəsində devrilən prezident Viktor Yanukoviç ölkəni tərk etmişdi və hazırda Rusiya ərazisindədir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !