Ukraynanın keçmiş prezident Viktor Yanukoviçin ailəsinin varidatı 12 milyard dollarlıq var-dövləti var.
Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda Peterson adına Beynəlxalq İqtisadiyyat İnstitutunun baş elmi əməkdaşı, əvvəllər Ukrayna hökumətinin iqtisadi məsələlər üzrə məsləhətçisi işləyən Anders Aslund məlumat verib. Onun iddiasına görə, son 4 ildə Ukraynanı idarə edənlər görünməmiş talançılıqla məşğul olublar: “Bunun hesabına Yanukoviçin ailəsi var-dövlətinin miqdarı 12 milyard dollara çatıb”.
O qeyd edib ki, oğurlanan pulların heç olmasa bir hissəsinin geri qaytarılması üçün yeni Nazirlər Kabinetinə beynəlxalq yardım lazımdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !