Yanukoviçin Azərbaycana gəlməsi ilə bağlı xəbərə rəsmi açıqlama

13:54 | 27.02.2014
Yanukoviçin Azərbaycana gəlməsi ilə bağlı xəbərə rəsmi açıqlama

Yanukoviçin Azərbaycana gəlməsi ilə bağlı xəbərə rəsmi açıqlama

Devrilmiş Prezident Viktor Yanukoviçin Azərbaycanda olması barədə informasiya o qədər absurddur ki, o, hətta müzakirə mövzusu ola bilməz. Bunu bu gün Bakıda mətbuat konfransı keçirən Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenko deyib. Səfir onda belə bir məlumat olmadığını bildirib. Mişşenko Yanukoviçin olduğu yer hələ də məlum olmadığını deyib. A.Mişşenko bildirib ki, hazırda Ukraynada legitim hakimiyyət mövcuddur və yeni hökumətin tərkibi bu gün Ali Rada tərəfindən təsdiq ediləcək. Diplomatın sözlərinə görə, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin siyasəti özü və ailəsi üçün sərvət toplamağa yönəlmişdi.O, qeyd edib ki, Ukrayna Azərbaycan münasibətləri həmişə dostluq üzərində qurulub və hər iki ölkənin maraqlarına əsaslanır. Onun sözlərinə görə, Azərbaycanla münasibətlər tam səmimi olub və iki ölkənin maraqlarına əsaslanıb. "Ukraynada heç bir partiya və siyasi qüvvə Azərbaycanla münasibətlərin əleyhinə olmayıb və bu münasibətlər hakimiyyətin siyasi baxışlarından asılı olmayaraq, Ukrayna üçün həmişə prioritet olub". Səfir Ukrayna barəsində düşünülmüş mövqe nümayiş etdirdiyi üçün rəsmi Bakıya təşəkkür edib.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM