Ukraynalı hüquq müafiəçisi, Avromaydan hadisələrinin fəallarından biri Mixail Leded, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyünü bildirib. ANS PRESS-in məlumatına görə, Mixail Lebed bunu öz Facebook hesabında yazıb. Mixail Lebed məlumatı Rostov kardioloji institutundakı dostundan aldığını deyib. "Yanukoviçi martın 3-də gecə saat 11-də gətiriblər. 1 saat sonra isə o, ürək tutmasından ölüb", - deyə M. Lebed Facebook-da yazıb. Hazırda Ukrayna mətbuatı xəbərin doğru olub-olmamasını digər mənbələrdən dəqiqləşdirməyə çalışır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !