Yanukoviçin mühakiməsi üçün Haaqa məhkəməsinə müraciət olundu

16:44 | 25.02.2014
Yanukoviçin mühakiməsi üçün Haaqa məhkəməsinə müraciət olundu

Yanukoviçin mühakiməsi üçün Haaqa məhkəməsinə müraciət olundu

Ukrayna Ali Radası Hollandiyanın Haaqa (Den Haag) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək keçmiş prezident Viktor Yanukoviç, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko, keçmiş baş prokuror Viktor Pşonka və digər sabiq vəzifəlilərin insanlığa qarşı cinayət törətmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş edib.APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bu barədə parlamentdə xüsusi bəyanat qəbul olunub. Sənədin lehinə 324 deputat səs verib. “Bəyanatın qəbulu Ukrayna ərazisində 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın sonlarına qədər insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı məsələdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımağa əsas verir”, - deyə bəyanat əlavə olunan izahatda bildirilir. Ukrayna Baş Prokurorluğunda aparılan istintaqın gedişində müəyyənləşdiriləcək yeni adlar siyahıya əlavə olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb