"Viktor Yanikoviçin heç bir problemi yoxdur”.Bu sözləri Ukraynanın eks prezidenti Viktor Yanukoviçin oğlu özünün Facebook səhifəsində yazıb. ANS PRESS-in verdiyi məlumata görə, Yanukoviçin Rostovda ölməsi xəbərini mart ayının 3-də Mixail Levedev Facebook səhifəsində yazmışdı. Yanukoviçin ölüm xəbəri sonradan yenə yayılmışdı və bildirilmişdi ki, o, infarkt keçirdikdən sonra Moskva klinikalarının birində müalicə edilir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də mart ayının 3-də keçirdiyi mətbuat konfransında demişdi ki, o, Yanukoviçi 2 gün öncə görüb. “Yanukoviç dəfn mərasimində soyuqlayıb”, - deyə Rusiya Federasiyasının prezidenti bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !