AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ukraynanın daxili işlər naziri Arseni Avakov özünün Facebook səhifəsində yazıb. O, Ali Radaya təklif edib ki, Baş prokurorluq və Ədliyyə nazirliyinin qəbul etdiyi qanuna dəyişiklik etsin: "Bu dəyişiklikdən sonra sabiq prezident haqda şifahi olaraq cinayət işi açmaq və onların pullarını dövlət büdcəsinə keçirmək olar”.
Yanukoviç və onun tərəfdarlarının xarici banklarda olan hesablarında 2 milyard dollar, Ukraynada isə 2.2 milyard dollar pulları olub.
Avakov "həbs edilən” pulların Ukrayna Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Ukrayna Milli Qvardiyasının illik büdcəsindən çox olduğunu deyib.
Bu il yanvar ayının 12-də İnterpol Yanukoviçi beynəlxalq axtarışa verib. Sabiq Baş nazir Nikolay Azarov, Baş nazirin müavini Raisa Boqatırova, maliyyə naziri Yuri Kolobov və "Ukrtelekom” şirkətinin rəhbəri Georgi Dzekonun da adları bu siyahıya salınıb.
Qeyd edək ki, Viktor Yanukoviç 2014-cü il fevral ayının 22-də gecə vaxtı Ukrayna ərazisini tərk edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !