Azərbaycan 2024-cü ilin yanvar-fevralında qaz hasilatını 2023-cü ilin yanvar-fevralı ilə müqayisədə 2,5% artaraq 8,2 milyard kubmetrə çatdırıb. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"2024-cü ilin yanvar-fevral aylarının əməliyyat məlumatlarına əsasən, Azərbaycanda 8,2 milyard kubmetr qaz hasil edilib ki, bu da 2023-cü ilin yanvar-fevral aylarının göstəricisindən 240 milyon kubmetr çoxdur”, - nazirlik bildirib.
Energetika Nazirliyinin məlumatına görə, hesabat dövründə "Şahdəniz” yatağından 4,5 milyard kubmetr qaz (artım 2,3%), "Abşeron” yatağından 0,3 milyard kubmetr təbii qaz, "Azəri-Çıraq-Günəşli" bloku - 2,1 milyard kubmetr səmt qazı (4,5% azalma).
SOCAR öz yataqlarından 1,3 milyard kubmetr hasil edib (azalma 7,1%). İşlənmənin başlandığı gündən və 2024-cü il martın 1-nə AÇG blokundan 218,5 milyard kubmetr, "Şahdəniz” yatağından isə 213,6 milyard kubmetr səmt qazı hasil edilib. Eyni zamanda, bütün dövr ərzində "Şahdəniz”dən hasil edilən 151,5 milyard kubmetr qaz dünya bazarlarına çıxarılıb.
2023-cü ildə Azərbaycanda qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr (artım 3,8 faiz) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 36 milyard 413,8 milyon kubmetr (artım 4,2%) olub. Hökumət 2024-cü ildə ölkədə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr, o cümlədən əmtəəlik qazı 36 milyard 779,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
"Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Bu müqavilənin müddəti 2024-cü ildə başa çatıb.
Bununla belə, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !