Yanvar şəhidlərinin qanı bahasına torpaqlar azad edilib- SƏFİR

11:49 | 20.01.2023
Yanvar şəhidlərinin qanı bahasına torpaqlar azad edilib- SƏFİR

Yanvar şəhidlərinin qanı bahasına torpaqlar azad edilib- SƏFİR

20 Yanvar faciəsi Qarabağın azad olunmasına təkan oldu,bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib.

"Azərbaycan 20 Yanvarda axıdılan qanlar sayəsində müstəqilliyinə qovuşdu və suveren dövlət oldu. 20 Yanvar azadlıq simvoludur. Qarabağın azadlığına gedən yol 20 yanvardan keçib. Bu önəmli gündə qardaşlığımızın gərəyi olaraq ehtiramımızı bildirmək üçün gəlmişik”- səfir bildirib.
 
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 33 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 

Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb