Yanvarda Afrikada vəbadan ölənlərin sayı 2 dəfə artıb

15:43 | 06.02.2024
Yanvarda Afrikada vəbadan ölənlərin sayı 2 dəfə artıb

Yanvarda Afrikada vəbadan ölənlərin sayı 2 dəfə artıb

Yanvarda Afrikanın 10 ölkəsində 26 min vəba və 700 ölüm halı qeydə alınıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. 
 
"Bu ilin ilk dörd həftəsində ÜST-nin Afrika Bölgəsindəki 10 ölkədə 26,000-dən çox hadisə və 700 ölüm qeydə alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Hazırda Zambiya, Zimbabve, Mozambik, Tanzaniya, Konqo Demokratik Respublikası, Efiopiya və Nigeriyada epidemiyalar var.
"Xüsusilə bu pik ötürülmə mövsümündə digər ölkələrə daha çox yayılma riski yüksəkdir", - ÜST-ün Afrika Bürosunun nümayəndəsi Fiona Braka ( ÜST), Cenevrədə keçirilən brifinqdə bildirib.
 
Bundan əvvəl Afrikanın cənubunda bu xəstəliyə görə məktəblər bağlanma qərarı verib. 
 
Vəba nazik bağırsağın infeksion xəstəliyidir. Xəstəliyə yoluxmuş insanda qusma, ishal, orqanizmin kəskin susuzlaşması, nazik bağırsağın zədələnməsi halları müşahidə edilir. 

Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, 50% hallarda ölümlə nəticələnə bilər.
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti