Yanvarda Azərbaycan qızıl hasilatını 31%, gümüş hasilatını isə 8% azaldıb

18:13 | 14.02.2024
Yanvarda Azərbaycan qızıl hasilatını 31%, gümüş hasilatını isə 8% azaldıb

Yanvarda Azərbaycan qızıl hasilatını 31%, gümüş hasilatını isə 8% azaldıb

2024-cü ilin yanvar ayında Azərbaycanda qızıl hasilatı 125,3 kq təşkil edib ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 30,9% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 

Hesabat dövründə gümüş hasilatı 283,5 kq (azalma 8,2%) təşkil edib.

Qazılmış qızıl və gümüş emal üçün təhvil verilmişdir.

Statistik məlumatlara görə, 2024-cü il fevralın 1-nə istehsal müəssisələrinin anbarlarında 156,1 kq hasil edilmiş qızıl, 556,2 kq gümüş olub.

Hazırda Azərbaycanda qiymətli metalların hasilatı ilə dövlətə məxsus "AzerGold” QSC və Böyük Britaniyanın "Anglo Asian Mining PLC” şirkəti məşğul olur.

"AzerGold” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

21 avqust 1997-ci ildə Anglo Asian Mining PLC ilə PSA tipli müqavilə imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. 2021-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, şirkət üç yeni müqavilə bloku aldı və birini inkişaf etdirmək hüquqlarından imtina etdi. Beləliklə, şirkət hazırda Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir. Anglo Asian Mining hazırda Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metallar hasil edir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM