2024-cü ilin yanvarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu 701 milyon 861,2 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,2% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat verib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsi 2 milyard 986 milyon 92,46 min dollar (2023-cü ilin yanvar ilə müqayisədə 9,2% azalıb) təşkil edib. Bununla yanaşı, ixrac 1 milyard 843 milyon 976,83 min dollar (azalma 1,8%), idxal 1 milyard 142 milyon 115,63 min dollar (azalma 19,2%) olub.
İxracın strukturunda əsas həcm neft-qaz sektoru məhsullarının (87,96%) payına düşüb.
İdxalın strukturunda ərzaq məhsulları 15,88%, tütün və tütün məmulatları 0,73%, əczaçılıq məhsulları 3,98%, gübrələr 0,38%, plastik məmulatlar və onlardan hazırlanan məmulatlar 3,21%, ağac və ondan hazırlanan məmulatlar 2,45%,, geyim və geyim aksesuarları - 1,72%, qara metallar və onlardan hazırlanmış məmulatlar - 7,84%, maşınlar, mexanizmlər, elektrik aparatları, avadanlıq və onlar üçün ehtiyat hissələri - 20,25%, nəqliyyat vasitələri və ehtiyat hissələri - 14,85%, mebel - 0,89% , digərləri – 27,82% təşkil edib.
Xarici ticarət əməliyyatlarına 4,371 min dövlət və özəl müəssisə, 6,228 min fiziki şəxs cəlb olunub.
Hesabat dövründə Azərbaycan 131 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 25,53%-i), Türkiyə (16,54%), İsrail (16,22%), Tailand (6,25%), Portuqaliya (4,76%), Hindistan (4,32%), Tunis (4,2 %), Rusiya (4,1%), Gürcüstan (3,54%) və Bolqarıstan (3,18%) həyata keçirib.
Azərbaycan əsas idxal əməliyyatlarını Çin (19,07%), Rusiya (16,57%), Türkiyə (14,93%), Almaniya (5,04%), Belarus (4,2%), İran (3,27%), ABŞ (3,14%), Türkmənistan (2,6%), İtaliya (2,53%) və Ukrayna (2,44) ilə həyata keçirib.
2023-cü ildə Azərbaycanın xarici ticarətdə müsbət saldosu 16 milyard 613 milyon 210,17 min dollar təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 29,6% azdır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !