2024-cü ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə vurulan neftin həcmi 2 milyon 486,1 min ton təşkil edib ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 1,9% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Yanvarda Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunmuş neftin ümumi həcminin 76%-i BTC neft kəməri ilə vurulub.
Departamentin məlumatına görə, yanvarda BTC ilə nəql olunmuş bütün neftin 82,7 faizini və ya 2 milyon 55,3 min tonunu (5 faiz azalma) Azərbaycan nefti təşkil edib.
Qazaxstan və Türkmənistandan BTC ilə nəql olunmuş tranzit neftin payı yanvarda vurulmuş ümumi həcmin 17,3%-ni və ya 430,8 min ton (artım 16,2%) təşkil edib.
2023-cü ildə BTC ilə 30 milyon 191,6 min ton (artım 1,5%) daşınıb. Bununla yanaşı, Qazaxıstan və Türkmənistandan tranzit neftin payı ümumi nəqlin həcminin 17,4%-ni və ya 5 milyon 240,7 min ton (artım 2,7% - İF) təşkil edib.
Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və "Şahdəniz” yatağından hasil edilən kondensat, həmçinin SOCAR-ın nefti nəql olunur. BTC həmçinin Xəzər dənizi regionunun bir sıra digər ölkələrindən, xüsusən də Qazaxıstan və Türkmənistandan neft nəql edir.
BTC neft kəmərinin uzunluğu 1768 min km-dir ki, bunun da Azərbaycanda - 443 km, Gürcüstanda - 249 km, Türkiyədə - 1076 min km-dir. Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıq neftdir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !