Yanvarda əsas kapitala yönəldilmiş vəsait açıqlanıb

13:02 | 13.02.2024
Yanvarda əsas kapitala yönəldilmiş vəsait açıqlanıb

Yanvarda əsas kapitala yönəldilmiş vəsait açıqlanıb

2024-cü ilin yanvarda əsas kapitala 1553,0 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,4 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1% artıb.
 
Bildirilib ki, istifadə olunmuş vəsaitin 707,3 milyon manatı və ya 45,5 %-i məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı və ya 50,4 %-i xidmət sahələrinə, 63,1 milyon manatı və ya 4,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1284,3 milyon manatını və ya 82,7%-ni daxili vəsaitlər təşkil edib və yönəldilmiş vəsaitlərin 1167,7 milyon manatı və ya 75,2 %i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
 
2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğindn çox vəsait yönəlib, bu da 2022-ci illə müqayisədə 9,8 % çoxdur.
 
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çoxdur.
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
Aygün 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM