2024-cü ilin yanvarında Azərbaycanda yanacaq istehlakçıları ümumi məbləği 227,1 milyon manat (hazırkı məzənnə ilə 133,6 milyon ABŞ dolları) dəyərində avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2023-cü ilin yanvarı ilə müqayisədə 10,6% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağının satışından əldə olunan gəlir 5 % təşkil edib.
Hazırda Azərbaycanın daxili bazarında "Premium Euro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 2 manat, "Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti 2,3 manat, Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 0,8 manatdır.
2023-cü ildə Azərbaycanda yanacaq istehlakçıları ümumilikdə 3 milyard 63,4 milyon manatlıq (indiki məzənnə ilə 1 milyard 802 milyon ABŞ dolları) avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2022-ci illə müqayisədə 8,1% çoxdur.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !