Yanvarda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

09:49 | 14.02.2024
Yanvarda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Yanvarda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

2023-cü ilin yanvarında ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 401,6 milyon kVt/saat, ixrac 116,3 milyon kVt/saat, idxal isə 19 milyon kVt/saat olub. Bunu energetika naziri Pərviz Şahbazov bildirib.
 
"Yanvarda İstilik Elektrik Stansiyaları üzrə 2 milyard 229,3 mlyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 77,2 milyon kVt/saat artımla 172,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib",- nazir "X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
 
2023-cü ildə Azərbaycanda 29 276,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2022-ci ilə nisbətən 272,3 milyon kVt/saat çoxdur.
 
Ötən ilin hesabatında Azərbaycanın istilik elektrik stansiyaları (İES) 27 milyard kilovat-saatdan çox, su elektrik stansiyaları (SES) 1,5 milyard kilovat-saat, külək elektrik stansiyaları (KES) 83,3 milyon kilovat-saat, günəş elektrik stansiyaları (GES) 60,9 milyon kilovat-saat, bərk məişət tullantılarının emalı zavodunun İES-ləri 205,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
 
2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Buxarestdə 1000 MVt gücündə və 1195 km uzunluğunda Qara Dəniz Enerjisinin dənizaltı elektrik kabelinin tikintisi üzrə strateji tərəfdaşlıq sazişi imzalayıblar.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM