Yanvarda Qazaxıstan Azərbaycandan neft nəqlini artırıb

12:02 | 13.02.2024
Yanvarda Qazaxıstan Azərbaycandan neft nəqlini artırıb

Yanvarda Qazaxıstan Azərbaycandan neft nəqlini artırıb

2024-cü ilin yanvarda Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 76 min ton artaraq 287 min ton olub. Bu barədə  "Kaztransoil” şirkəti məlumat yayıb.
 
Məlumata görə, Aktau limanından Bakı limanına neft nəqlinin həcmi 60 min ton artaraq 116 min ton təşkil edib.

Yanvarda Aktau limanından Mahaçqala limanına göndərilən neft 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 min ton artaraq 171 min ton olub.
 
2023-cü ildə Qazaxıstan neftinin Aktau limanından ixracı əvvəlki illə müqayisədə 49% artaraq 3 milyon 376 min ton təşkil edib. 

2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması ilə əlaqədar olaraq "KazMunayQaz” və SOCAR arasında "Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM