2024-cü ilin yanvarında Azərbaycanın təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4,5 % artıb. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
"Bunun 1,1 milyard kubmetri Avropaya, 0,8 milyard kubmetri Türkiyəyə, 0,4 milyard kubmetri isə Gürcüstana ixrac olunub. Bu dövr Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəyə 0,4 milyard kubmetr qaz nəql edilib", - Şahbazov "X” sosial şəbəkəsindəki hesabında bildirib.
Ölkənin neft və qaz hasilatının böyük hissəsi "Azəri-Çıraq-Günəşli” neft blokundan və "Şahdəniz” yatağından hasil edilir. Bu yataqlar BP-nin operatorluğu altında çalışan xarici neft şirkətləri konsorsiumu tərəfindən istismar edilir.
2020-ci ilin sonunda Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə başlayıb.
TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən qazın "Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.
2027-ci ilin sonunadək kəmərin ötürücülük qabiliyyəti 12 milyard kubmetrdən, 20 milyard kubmetr qaza çatdırılması nəzərdə tutulub.
Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.
Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə Bolqarıstana "mavi yanacağın” nəql edilir.
"Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.
Aygün
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !