• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

Yanvarda Türkiyəyə turist axını 2% artıb

Yanvarda Türkiyəyə turist axını 2% artıb
23.02.2024 20:37
2024-cü ilin yanvarında Türkiyəyə ümumi xarici turist axını 2,24 milyon nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur. Bu barədə Turizm Güncel Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına istinadən xəbər verib. 

Statistikaya görə, ən çox turist Türkiyəyə Rusiyadan gəlib. Belə ki, yanvarda Rusiyadan Türkiyəyə 230 min turist gəlib ki, bu da 2023-cü ilin ilk ayı ilə müqayisədə 17,6% azdır. 
 
İkinci yeri İran tutur. 2024-cü ilin yanvarında İrandan Türkiyəyə 211 min turist gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,6% çoxdur.
 
Türkiyəyə gedən turistlərin sayına görə, üçüncü yeri Bolqarıstan tutur. Bu ölkədən Türkiyəyə son bir ayda  162 min  turist gəlib ki, bu da ötən ilin eyni dövründən 2,8% azdır.
 
Həmçinin ilk beşlikdə Almaniya və  Gürcüstan da yer alıb. Bu ilin yanvarında Almaniyadan Türkiyəyə 142 min, Gürcüstan isə 92 min turist gəlib ki, bu da ötən ilin yanvarından uyğun olaraq 2% və  15,3% azdır. 

Nazirlikdən bildirilib ki, bu ilin yanvaında MDB ölkələrindən turist axını 7,5% azalaraq 539 min nəfər təşkil edib.
 
 Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı bu ilin yanvarında isə 85 min nəfər təşkil edib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Dünya 22:58
Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edilib
Tramp və Netanyahu arasında telefon danışığı olun
Dünya 21:30
Tramp və Netanyahu arasında telefon danışığı olun
ABŞ-də təyyarə yaşayış olan əraziyə düşüb - Sakinlər təxliyə edilib
Dünya 18:36
ABŞ-də təyyarə yaşayış olan əraziyə düşüb - Sakinlər təxliyə edilib
Ərdoğan növbəti seçkilərdə prezident olmayacağını açıqlayıb
Dünya 16:14
Ərdoğan növbəti seçkilərdə prezident olmayacağını açıqlayıb
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Dünya 09:49
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İsrail səfirliyinin 2 əməkdaşı güllənib
Dünya 09:00
İsrail səfirliyinin 2 əməkdaşı güllənib
Rusiyanın Quru Qoşunlarına yeni baş komandan təyin olunub
Dünya 07:36
Rusiyanın Quru Qoşunlarına yeni baş komandan təyin olunub
İsrail və Türkiyə Suriyada toqquşmanı dayandırır -Bakıda razılaşma
Dünya 07:27
İsrail və Türkiyə Suriyada toqquşmanı dayandırır -Bakıda razılaşma
İran İsrail üçün ciddi təhdid yaradır—Netanyahu
Dünya 07:22
İran İsrail üçün ciddi təhdid yaradır—Netanyahu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol