YAP bütün seçkilərə öncədən hazırlıq görür - Tahir Budaqov

11:04 | 10.05.2024
YAP bütün seçkilərə öncədən hazırlıq görür - Tahir Budaqov

YAP bütün seçkilərə öncədən hazırlıq görür - Tahir Budaqov

Yeni Azərbaycan Partiyası bütün seçki ərəfəsində proseslərə hazırlıq görür. Bunu Yeni Azərbaycan Partiyasının sədri Tahir Budaqov deyib. 
 
"Parlament seçkiləri ilə bağlı son qərar yoxdur. Buna baxmayaraq Yeni Azərbaycan Partiyası bütün seçkilərdə öncədən hazırlıq prosesini keçirir. Eləcə də Paralement seçkiləri olarsa partiya olaraq buna tam hazır olacayıq", - Budaqov mayın 10-da jurnalistlərin suallarını cavablayarkən deyib.
 
Azərbaycan qanunvericiliyə görə noyabrda Parlament seçkiləri keçirilməlidir. Noyabrda Azərbaycan COP29 tədbiri ilə əlaqədar seçkilərin biraz tez keçirilməsi ilə bağlı mətbuatda müəyyən fikirlər səslənir. Konstitusiyaya görə seçkilərin qabağa çəkilməsi mümkündür.  
 
Yerli mətbuatda Parlament seçkilərinin iyun və ya avqustda keçirilməsi ilə bağlı iddialar səslənir.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM