YAP növbədənkənar parlament seçkisi barədə

11:33 | 08.12.2018
YAP  növbədənkənar parlament seçkisi barədə

YAP növbədənkənar parlament seçkisi barədə



Son günlər sosial şəbəkələrdə və siyasi kuluarlarda yenidən ən çox müzakirə edilən məsələlərdən biri Azərbaycanda növbədənkənar parlament seçkiləri məsələsidir.
Belə ki, bir çoxları prezident seçkilərinin vaxtından əvvəl keçirildiyi, xüsusilə, 2025-ci ildə növbəti prezident və parlament seçkilərinin eyni ilə düşdüyü üçün 2020-ci il parlament seçkilərinin də vaxtının dəyişdiriləcəyəni, erkən seçkilərə gediləcəyini iddia edirlər.
Hətta, bəzi versiyalara görə, seçkilər 2019-cu ilin mart ayında keçirilə bilər.

Ancaq hakim Yeni Azərbaycan Partiyası (YAP) belə düşünmür və səslənən iddiaları qəbul etmir.
Adıçəkilən partiyanın icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov Oxu.Az-a açıqlamasında yayılan məlumatların və irəli sürülən ehtimalların, versiyaların əsassız olduğunu iddia edib.
"Azərbaycanda vaxtından əvvəl - növbədənkənar parlament seçkiləri gözlənilmir.
Parlament seçkilərinin vaxtı bəllidir, növbəti seçkilər 2020-ci ilin payızında, öz vaxtında keçiriləcək.
Ona görə də səslənən fikirləri, yayılan məlumatları doğru hesab etmirəm.
Gündəmdə  belə bir məsələ yoxdur”, - deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb