YAP rəhbərliyi özünü yandıran Qarabağ əlilinə baş çəkdi

13:02 | 27.12.2013
YAP rəhbərliyi özünü yandıran Qarabağ əlilinə baş çəkdi

YAP rəhbərliyi özünü yandıran Qarabağ əlilinə baş çəkdi

 Milli Məclisin üzvləri Bakının mərkəzində özünü yandıran Qarabağ əlilinə baş çəkiblər.APA-nın xəstəxanada olan əməkdaşını verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı bu gün Zaur Həsənova baş çəkiblər. Yaralının vəziyyəti ilə maraqlanan deputatlar xəstəni ziyarət etməyə gələn digər əlillərlə də görüşərək məsələ ilə yaxından tanış olublar. S.Novruzov APA-ya açıqlamasında bildirib ki, xəstənin vəziyyəti tam nəzarət altındadır: “Yaralıya nə lazımdırsa, olunur. Xəstə sağalandan sonra onun məsələsinə hüquqi qaydada baxılacaq”. Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb