YAP sabah deputat olmaq istəyən namizədlərin adlarını açıqlaya bilər

19:04 | 16.07.2024
YAP sabah deputat olmaq istəyən namizədlərin adlarını açıqlaya bilər

YAP sabah deputat olmaq istəyən namizədlərin adlarını açıqlaya bilər

Yeni Azərbaycan Partiyasının sabah növbədənkənar parlament seçkiləri üçün namizədlərinin adlarının açıqlayacağı gözlənilir. Bu barədə Azpolitka saytı yazıb. 
 
Bildirilib ki, siyahı artıq hazırdır. 
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, indiyədək 20-dən çox siyasi partiya seçkilərdə iştirak üçün müraciət edib. Həmçinin 400-dən çox şəxsin seçkidə iştirakı təsdiqlənib. 
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti