YAP: “Xalq Heydər söyləyəcək” mahnısı Qurtuluş gününün himni ola bilməz”

14:39 | 17.06.2014
YAP: “Xalq Heydər söyləyəcək” mahnısı Qurtuluş gününün himni ola bilməz”

YAP: “Xalq Heydər söyləyəcək” mahnısı Qurtuluş gününün himni ola bilməz”

Deputat Etibar Hüseynov “Xalq Heydər söyləyəcək” mahnısının Qurtuluş gününün himni olması təklifini verib. YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı Modern.az-a açıqlamasında təklifi rədd edib. 
““Xalq Heydər söyləyəcək” mahnısı Qurtuluş gününün himni ola bilməz”. 
M. Qurbanlının sözlərinə görə, himn yalnız dövlətə məxsus olduğundan ayrı-ayrı günlərə himn həsr etmək məntiqsizdir. 
“Ümumiyyətlə, mən Etibar Hüseynovun fikrinə münasibət bildirmək istəmirəm. Hərənin şəxsi fikri var, hərə öz fikrini bildirir. Bu mövzu mənə aid deyil. Dövlət himni var. Kəmaləddin Heydərov da çox gözəl musiqilər yazır. Bu da onun yazdığı mahnılardan biridir. Deputatlardan biri təkliflə çıxış edib, mən buna nə deyə bilərəm?! Qurtuluş gününü himni ola bilməz axı? Himn dövlətin olur. Etibar Hüseynov təklif verib, yaxşı edib, amma mən Kəmaləddin Heydərovun mahnısını bəyənsəm də, onu himn kimi, marş kimi qəbul etmək mənim işim deyil”. 
YAP rəsmisi onu da bildirdi ki, “Xalq Heydər söyləyəcək” mahnısı Qurtuluş gününün himni yox, marşı ola bilər. M.Qurbanlının sözlərinə görə, mahnının marş kimi qəbul olunub-olunmaması onun səlahiyyətində deyil. “Odur ki, bununla bağlı yalnız Milli Məclis qərar qəbul edə bilər”. 
Xatırladaq ki, deputat Etibar Hüseynov musiqisi Kəmaləddin Heydərov, sözləri Baba Vəzioğluna aid olan “Xalq Heydər söyləyəcək” mahnısının Qurtuluş gününün himni olması ilə bağlı təkliflə çıxış edib. O, Yeni Azərbaycan Partiyasının bu təşəbbüslə çıxış edərək, məsələni rəsmiləşdirməsini istəyib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM