YAP xəbərdarlıq etdi

17:20 | 29.10.2014
YAP xəbərdarlıq etdi

YAP xəbərdarlıq etdi

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar öz üzvlərinə xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Trend-ə bildirib ki, partiya üzvlərinə bir-birilərinə alternativ namizəd olmamaları tövsiyə edilir: “Maksimum dərəcədə çalışmaq lazımdır ki, partiyanın qərarı ilə uyğunluq olsun. Partiya 15 035 namizəd irəli sürüb və bununla bağlı qərarlar bu gün dairə seçki komissiyalarına çatdırılacaq. Tövsiyə edirik ki, bizim namizədlərə öz partiyamızdan alternativ namizəd olmasın. Düzdür, hər bir insanın arzusu, istəyi var, amma bizim üzvlərimizin sayı çoxdur”.S.Novruzov vurğulayıb ki, YAP-ın 650 minə qədər üzvü var və bu üzvlərin sırasından cəmi 15 035 nəfərin nazmizədliyi irəli sürülüb: “Digərləri də istəyir ki, iştirak etsin. Amma bunu baxıb nizamlayacağıq".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM