• $
  • £

Yapon mütəxəssislər Bayılla bağlı təkliflər verəcək

Yapon mütəxəssislər Bayılla bağlı təkliflər verəcək
01.02.2018 16:16
Hazırda Bayıl yamacındakı sürüşmə ərazisində vəziyyət stabildir. Orada üç gün əvvəl qoyulan mayaklarda heç bir dəyişiklik yoxdur.

Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, ərazidə müşahidələr davam etdirilir: "2000-2004-cü illərdə apardığımız tədqiqatlar nəticəsində həmin ərazi təhlükəli yer kimi xəritədə göstərilib. Bu gün gedən proses bizim göstərdiyimiz horizontalların daxilindədir. Ərazidə quyu qazma işlərini başa çatdırdıq, seysmik kəşfiyyat etmişik. Hal-hazırda orada FHN, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları işləyir. Həmçinin yapon mütəxəssislər sürüşmə zonasında cihaz quraşdırıb, onların da təklifləri olacaq. Bunları kompleks şəkildə araşdırıb, yekun nəticəyə gələcəyik. Daha sonra orada yaşayan sakinlər və evlərlə bağlı qərar qəbul ediləcək”.

Qeyd edək ki, Bayıl yamacında sürüşmə təhlükəsi olan 90-a yaxın ev müəyyən edilib. 80 evdən 390 nəfər köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir. Sakinlərin bir qismi 163 nömrəli məktəbə yerləşdirilib. Evlərə işıq, qaz və suyun verilməsi dayandırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol