Yaponiyanın Oqasavara adaları (Bonin) yaxınlığında 6,1 bal gücündə zəlzələ olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:26-da qeydə alınıb. Zəlzələnin episentri Titidzima adasından 249 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 456,9 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntı və ya tələfat barəsində məlumat daxil olmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !