Yaponiya Azərbaycan və Ermənistana müraciət edib

09:15 | 26.09.2023
Yaponiya Azərbaycan və Ermənistana müraciət edib

Yaponiya Azərbaycan və Ermənistana müraciət edib

Yaponiya Qarabağda baş verən problemi sülh yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycana müraciət  edib. Bu barədə xarici işlər naziri Yoko Kamikava mətbuat konfransında bildirib.

"Yaponiya vəziyyətin inkişafını, o cümlədən yerli sakinlərin vəziyyətini izləməyə davam edəcək. Yaponiya bütün tərəfləri bu regionla bağlı problemləri dialoq yolu ilə sülh yolu ilə həll etməyə çağırır", - Kamikava vurğulayıb.

Sentyabrın 19-da Rəsmi Bakı Qarabağda lokal antiterror əməliyyatlarının keçirildiyi açıqlayıb və Qarabağda yerləşən erməni terrorçuların çıxmasını tələb edib.

İrəvan Qarabağda Ermənistan Silahlı Qüvvələrinin olmadığını bildirib və baş verənləri "genişmiqyaslı təcavüz” adlandırıb. Rusiya münaqişə tərəflərini qanı dayandırmağa və diplomatik həll yoluna qayıtmağa çağırıb. Sentyabrın 20-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə  hərbi əməliyyatların dayandırılması barədə razılığın əldə edildiyini açıqlayıb.

Ermənistan mətbuatı Qarabağdan 5 minə yaxın vətəndaşın çıxdığını açıqlayıb.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM