Yaponiya Müdafiə Nazirliyi Çindən gələn təhlükənin artması səbəbindən 2025-ci ildə bu quruma 8,5 trilyon yen (59 milyard dollar) tələb edib. Bu barədə Associated Press cümə günü bildirib.
Büdcə tələbi cümə günü Müdafiə Nazirliyinin iclasında təsdiqlənib. Bundan sonra bu tələb dekabra qədər davam edəcək danışıqlar üçün Maliyyə Nazirliyinə veriləcək.
Məlumatda deyilir ki, xüsusilə, 970 milyard yen "cavab zərbələri endirmə qabiliyyətinin gücləndirilməsinə”, o cümlədən üçün uzaq mənzilli raketlərin və avadanlıqların hazırlanması və alınmasına yönəldilməlidir.
Daha 103 milyard yen dronların hazırlanması və alınmasına xərclənəcək.
Üç esminesin tikintisi üçün 314 milyard yen tələb olunur.
Agentlik qeyd edir ki, son illər Yaponiya Çindən gələn təhlükənin artması fonunda ölkənin cənub-qərbində müdafiə qabiliyyətini fəal şəkildə gücləndirir.
2027-ci ildən ölkə hakimiyyəti müdafiəyə hər il 10 trilyon yen ayırmağı planlaşdırır. Bu, Yaponiyanı ABŞ və Çindən sonra dünyada ən çox hərbi xərcləyən üçüncü ölkə edəcək.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !